Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
Ekologiya
4 May , 2024 18:23
Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astaraya yağış, Şahdağa sulu qar yağıb.

Şərura saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.

Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Son xəbərlər

Orphus sistemi