Bəzi rayonlara leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA Milli Hidrometeorologiya Xidmətinin martın 31-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Ekologiya
31 mart 2025 17:48
Bəzi rayonlara leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, hazırda bəzi yerlərdə qərb küləyi əsir.

Küləyin sürəti Zaqatala və Daşkəsəndə 28, Balakəndə 25, Altıağacda 22, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20, Bərdədə 18, Culfa və Gədəbəydə 16, Şərurda 15, Şabranda 14 m/s təşkil edir.

Goranboy, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Mingəçevir, Yevlax, Ağstafa, Zaqatala, Balakən və Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Aran rayonlarında 26, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi