Bakıya qar yağır - FOTO

Ekologiya
  • 09 fevral, 2020
  • 00:49
Bakıya qar yağır - FOTO

Paytaxt ərazisində ötən gün axşam saatlarından kəskinləşən hava şəraiti hazırda yağıntı ilə müşayiət müşayiət olunur.

“Report” xəbər verir ki, saat 4:20 radələrindən etibarən Bakının bir sıra ərazilərində qar, sulu qar yağır.

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Hazırda paytaxtda güclü şimal-qərb küləyi əsir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən "Report"a verilən məlumata görə, bu gün havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. 

Ramin Şahbazov

44 filmi