​Bakı çimərliklərində 23 obyekt sahibi məsuliyyətə cəlb olunub

​Bakı çimərliklərində 23 obyekt sahibi məsuliyyətə cəlb olunub Tədbirlər çimərlik mövsümü başa çatanadək davam etdiriləcək
Ekologiya
20 İyul , 2016 11:43
​Bakı çimərliklərində 23 obyekt sahibi məsuliyyətə cəlb olunub

Bakı. 20 iyul. REPORT.AZ/ Xəzər dənizinin sahilboyu ərazilərindəki çimərliklərdə, əyləncə mərkəzlərində, digər kütləvi istirahət yerlərində əcnəbilərin və ölkə vətəndaşlarının təhlükəsizliklərini təmin etmək, sağlamlıqlarını qorumaq məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müvafiq qurumlarının əməkdaşlarından ibarət qruplar təşkil olunub və paytaxtın ümumilikdə 6 rayonun inzibati ərazisindəki çimərliklərdə fəaliyyət göstərən 86 iaşə obyektində sanitariya-gigiyena və epidemiya qaydalarına, eyni zamanda, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinin vəziyyəti yoxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Yoxlamalarla Xəzər və Sabunçu rayonlarında fəaliyyət göstərən 16, Suraxanı rayonunda 4 iaşə obyektinin sahibinə İnzibati Xətalar Məcəlləsinin 211 (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), Binəqədi rayonunda fəaliyyət göstərən 3 obyektin sahibinə isə 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılması) maddələri ilə, ümumilikdə, 23 şəxsə inzibati xəta haqqında protokol tərtib edilib və onların məsuliyyətə cəlb olunmaları təmin olunub.

“Vətəndaşların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması və çimərlik ərazilərində antisanitariya şəraitinin aradan qaldırılması istiqamətində tədbirlər çimərlik mövsümü başa çatanadək davam etdiriləcək”, - DİN-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi