Yuxarı
    Bağlamaq

    Bakıda havaya atılan tullantıya görə sexin vəzifəli şəxsi 2500 manat cərimələnib

    Dinlə

    Bakı. 4 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.  

    ETSN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı sexdə monitorinq keçirilib. 

    Atmosfer havasından nümunələr götürülüb və analiz aparılıb. Analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

    Faktla bağlı sexə cavabdeh şəxs İlqar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

    Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə İ.Ağayevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi