Bakıda dəm qazının miqdarı normadan yüksək olub

Bakıda dəm qazının miqdarı normadan yüksək olub Bakıda dəm qazının miqdarı 1.3 dəfə normadan yüksək olub.
Ekologiya
5 Dekabr , 2023 17:02
Bakıda dəm qazının miqdarı normadan yüksək olub

Bakıda dəm qazının miqdarı 1.3 dəfə normadan yüksək olub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi