Yuxarı

Bakıda 4 məşhur istirahət mərkəzinin sahibi cərimələnib - YENİLƏNİB

Bakıda 3 məşhur istirahət mərkəzi cərimələndu 302

Bakıda tullantı sularını təmizlənmədən Xəzər dənizinə axıtdıqlarına görə cərimələnən şəxslərin adları məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Report”a verilən məlumata görə, Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. 

Reyd zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib.

Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. “Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə, məhkəməyə müraciət olunacaq.


*** 15:40

Bakıda 3 məşhur istirahət mərkəzi cərimələnib.

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Səbail rayonunda su obyektlərinin mühafizəsi qaydalarını pozduqlarına görə rayon ərazisindəki "Eldorado", "1001 gecə" və "Aqua Park" istirahət mərkəzlərinin sahiblərini İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə cərimə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi