Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək

Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək “Azərbaycan ərazisində yanğınların baş verdiyi yerlər xəritələşdiriləcək və payız ağacəkmə mövsümündə yanaraq məhv olmuş sahələrdə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək”.
Ekologiya
26 Avqust , 2022 11:44
Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək

“Azərbaycan ərazisində yanğınların baş verdiyi yerlər xəritələşdiriləcək və payız ağacəkmə mövsümündə yanaraq məhv olmuş sahələrdə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu ilin avqust ayında Azərbaycan ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək: "Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq".

Nazir müavini xatırladıb ki, ETSN BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlayıb: "Proqram 2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim edilib".

Son xəbərlər

Orphus sistemi