Azərbaycanda yağış yağacaq

Azərbaycanda yağış yağacaq Bakıda havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq
Ekologiya
6 May , 2015 12:43
Azərbaycanda yağış yağacaq

Bakı. 6 may. REPORT.AZ/ Mayın 7-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5 gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi