Bakı.15 oktyabr. REPORT.AZ/ Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.
Bu barədə "Report"a
Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru 12 dərəcəyədək isti, Bakıda isə gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru 12 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-metereoloji proqnoza gəlincə, oktyabrın 16-17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.