Yuxarı
    Bağlamaq

    Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

    Bakıda 17 dərəcə isti olacaq

    Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.

    Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeronda gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-10°, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi