Bakı. 3 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi 8-13 m/s, arabir 16-18 m/s, axşam şimal-qərb küləyi 10-15 m/s, gecəyə doğru arabir 18-20 m/s. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sutunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95%, gündüz 60-70% təşkil edəcək.
Bölgələrdə gecə 3 dərəcə şaxtadan 9 dərəcəyədək isti, gündüz havanın tempraturu 5-11 dərəcə isti olacaq. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.