Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir
Ekologiya
115
9 Aprel , 2018 12:47
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 15-19, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 10-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi