Bakı. 11 aprel. REPORT.AZ/ İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Aprelin 12-də Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə yağışda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
Baş hidroloq onu da qeyd edib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 14-nə qədər davam edəcək.