Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb İyulun 29-dək şimal-şərq küləyi əsəcək
Ekologiya
136
26 İyul , 2018 11:56
Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində xüsusi bir dəyişiklik gözlənilmir.

Onun sözlərinə görə, iyul ayının 29-dək hava şəraiti sabit, yağmursuz keçəcək: "Havanın temperaturu bölgələrdə 36-41, Bakıda 32-37, Dağlıq ərazilərdə 27-32 dərəcə isti təşkil edəcək. Yəni temperatur rejimində xüsusi bir dəyişiklik gözlənilmir".

Küləyə gəlincə mütəxəssis bildirib ki, növbəti iki gündə Azərbaycan ərazisində şimal-şərq küləyi əsəcək.

Son xəbərlər

Orphus sistemi