Azərbaycanda leysan yağacaq, dolu düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda leysan yağacaq, dolu düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı. 3 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq edib.
Ekologiya
3 Oktyabr , 2018 14:35
Azərbaycanda leysan yağacaq, dolu düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq edib.

Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək.

Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi