Azərbaycanda havanın temperaturu 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Azərbaycanda havanın temperaturu 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var
Ekologiya
27 Mart , 2018 12:24
Azərbaycanda havanın temperaturu 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək. 

Son xəbərlər

Orphus sistemi