Yuxarı

Sabah Azərbaycanda havanın temperaturu 43 dərəcəyə çatacaq

Bakıda 40 dərəcə isti olacaq

Bakı. 3 avqust. REPORT.AZ/ Avqustun 4-də Bakıda 40 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi