Yuxarı

Azərbaycanda günəşli hava 3 gün davam edəcək

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 26-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək, axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

O, həmçinin qeyd edib ki, bu cür hava şəraiti yaxın 3 gün ərzində davam edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi