Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb Ölkə ərazisində yağışlı hava şəraiti bazar günü də davam edəcək
Ekologiya
17 Oktyabr , 2015 12:37
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda yağışlı hava şəraiti bazar günü də davam edəcək. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda isə gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Gecə və axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi