"Azərbaycan ərazisinin fiziki və coğrafi xarakteristikası onu iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qoyur".
"Report" xəbər verir ki, bunu
O bildirib ki, ən son qiymətləndirmələrə əsasən Azərbaycanda kənd təsərrüfatı, su və meşəçilik iqlim dəyişikliyinə ən həssas sektorlardandır.
M.Çakmak vurğulayıb ki, ölkədə iqlim dəyişikliyinin mənfi təsirləri artıq hiss olunur və bu özünü daşqınlar, quraqlıqlar, bürkü və eləcə də yazın əvvəlindən başlayaraq havanın temperaturunun kəskin artması şəklində büruzə verir: "Bu baxımdan ən həssas sektorlarda iqlim texnologiyası üzrə həllərin hərtərəfli qiymətləndirilməsi, adaptasiya üzrə milli strategiya və fəaliyyət planlarının hazırlanması və onların milli sektorlara inteqrasiyası Azərbaycan hökumətinin qarşısında duran əsas prioritetlər arasındadır".