Yuxarı

Azərbaycan ərazisində havanın soyuq keçməsinin səbəbləri açıqlanıb

Son günlər davam edən hava şəraiti Azərbaycan üçün anomal iqlim hadisəsi sayılır

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Son günlər davam edən hava şəraiti Azərbaycan üçün anomal iqlim hadisəsi sayılır". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya elmlər doktoru Elbrus Əlizadə deyib.

O bildirib ki, küləklərin həddən artıq güclü əsməsi, quraq hava şəraitindən sonra yağıntıların çox düşməsi anomal iqlim hadisədir: "İl ərzində bir neçə dəfə Azərbaycanda anomal hadisələr baş verir. Buna səbəb ölkəmizə şimal-qərbdən və şimal-şərqdən rütubətli dəniz hava kütələrinin daxil olmasıdır. Nəticədə də yüksək təzyiq fərqindən güclü küləklər yaranır və özü ilə küllü miqdarda yağıntı gətirir".

E.Əlizadənin sözlərinə görə, Azərbaycan ərazisi atmosfer cəbhəsində yerləşir: "Azərbaycan ərazisində isti və soyuq hava kütlələri toqquşur, bu səbəbdən də ildırım və şimşək çaxmaları çox müşahidə olunur. Müxtəlif xassəli hava kütlələri toqquşanda, onların arasında kəskin fərq yarananda ildırım və şimşək kimi təbiət hadisələri baş verir".

Direktor müavini qeyd edib ki, son günlər davam edən intensiv yağışlar sürüşmə hadisələrinin aktivləşməsi ehtimalını artırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi