ETSN-in şöbə müdiri: “Avstraliyada baş verən meşə yanğını planetimiz üçün böyük təhlükədir”

ETSN-in şöbə müdiri: “Avstraliyada baş verən meşə yanğını planetimiz üçün böyük təhlükədir” “Avstraliyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində milyonlarla canlının həyatını itirməsi ekosistemin kəskin şəkildə pozulmasına gətirib çıxarıb”.
Ekologiya
7 Yanvar , 2020 17:48
ETSN-in şöbə müdiri: “Avstraliyada baş verən meşə yanğını planetimiz üçün böyük təhlükədir”

“Avstraliyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində milyonlarla canlının həyatını itirməsi ekosistemin kəskin şəkildə pozulmasına gətirib çıxarıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, yüz milyonlarla fauna və floranın məhvinə gətirib çıxaran bu yanğın, təkcə bir ərazi üçün deyil, planet üçün böyük təhlükədir:

“Ümid edirik ki, tez bir zamanda yanğının qarşısı alınacaq”.

Nazirlik rəsmisi xatırladıb ki, son illər dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir:

“Qlobal iqlim dəyişmələri və antropogen fəaliyyətin güclənməsi nəticəsində meşələr, flora və fauna bir anda məhv olur”.

O bildirib ki, Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb: “İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, onların 98 faizi insan amilinin təsirindən baş verir. Buna görə də əhaliyə müraciət edirik ki, hər birimiz meşələrimizin, yaşıllıqların qədrini bilək, onsuz da az olan meşələrimizi belə fəlakətlərdən qoruyaq”.

Xatırladaq ki, ölkədə yanğınlar başlayandan bəri 7 milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər və yüz milyonlarla heyvan ölüb.

Son xəbərlər

Orphus sistemi