Altıağac Milli parkında yanğın başlayıb

Altıağac Milli parkında yanğın başlayıb Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.
Ekologiya
28 İyul , 2018 16:17
Altıağac Milli parkında yanğın başlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğının söndürülməsinə dərhal ETSN-nin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi