Yuxarı
    Bağlamaq

    Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi 4 min manat cərimələnib

    Ağsu şəhər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib

    Bakı. 3 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Ağsuçayın Ağsu şəhəri ərazisindən keçən hissəsində, Natəvan küçəsində və Ülgüc kəndinə gedən yolun sağ tərəfində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Bu barədə "Report"a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

    Sözügedən ərazilərə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlandığı aşkar edilib.

    Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib.

    Yol verilmiş qanun qozuntularının aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün Ağsu rayon Suvarma Sistemləri İdarəsinin, eləcə də Ağsu Kommunal Müəssisələr Kombinatının və Ağsu şəhər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi