Ağcabədidə 57 ədəd iydə ağacı qanunsuz kəsilib

Ağcabədidə 57 ədəd iydə ağacı qanunsuz kəsilib Bakı. 11 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Ekologiya
11 İyun , 2018 16:25
Ağcabədidə 57 ədəd iydə ağacı qanunsuz kəsilib
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində köküstə yaş 4-16 sm diametrliyində 57 ədəd iydə ağacının kəsildiyi aşkar olunub.

Araşdırma zamanı ağacların Ağcabədi rayon sakini Namiq Xanalıyev tərəfindən kəsildiyi və təbiətə 6590 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi