Abşeron yarımadasında 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Abşeron yarımadasında 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
Ekologiya
24 Noyabr , 2016 10:16
Abşeron yarımadasında 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 23-ü gündüzdən 24-ü səhərədək Azərbaycanda müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi noyabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.

Düşən yağıntının miqdarı Şabranda 4, Çilov adası, Qəbələdə 3, Oğuz, İsmayıllı, Kişçayda (Şəkidə) 2 mm olub.

Qar örtüyünün hündürlüyü Altıağacda 8, Lerikdə 4, Xınalıqda 3, Şabran, Rvarudda 2, Pirallahı, Qəbələ, Şamaxıda 1 sm olub.

Havanın minimal temperaturu Abşeron yarımadasında 4-6, Aran rayonlarında 0-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 8-12, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 14 dərəcə şaxta təşkil edib. 

Son xəbərlər

Orphus sistemi