ABŞ-da şərqi kuquar nəsli kəsilmiş hesab edilib

ABŞ-da şərqi kuquar nəsli kəsilmiş hesab edilib Bunu 1938-ci ildən aparılan müşahidələr sübut edir
Ekologiya
29 Yanvar , 2018 03:52
ABŞ-da şərqi kuquar nəsli kəsilmiş hesab edilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Şərqi kuquar (puma) Amerikanın vəhşi heyvanların federal siyahısından çıxarılaraq nəsli kəsilmiş hesab edilib.

“Report” xəbər verir ki, müvafiq qərar ABŞ hökumətinin gündəlik jurnalında dərc olunub.

Şərqi kuquar əldə edilən elmi və kommersiya məlumatları əsasında nəsli kəsilmiş hesab edilib. Bildirilir ki, 1938-ci ildən bu günə qədər aparılan müşahidələr nəticəsində bu yarımnövün tək nümayəndələrinin və ya populyasiyasının mövcudluğuna sübut tapılmayıb.

Son xəbərlər

Orphus sistemi