"Yeni söz" ədəbi yaradıcılıq müsabiqəsi baş tutmayıb
Ədəbiyyat
- 05 yanvar, 2016
- 17:16
Bakı. 5 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təsis etdiyi "Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsinin bu il baş tutmadığını elan edib.
Mərkəzdən "Report"a verilən məlumata görə, buna səbəb təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi olub.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ötən il mayın 27-də gənc istedadların aşkar edilməsi və beynəlxalq müstəvidə tanıdılması məqsədilə Azərbaycan dilində yazılmış poeziya, nəsr, esseistika nümunələri üzrə “Yeni Söz” ədəbi yaradıcılıq mükafatı təsis etmişdi. Müsabiqə ədəbi yaradıcılıqla məşğul olan 35 yaşınadək gənclərin əsərlərinin qəbulu üçün nəzərdə tutulmuşdu. Əsərlərin qəbuluna ötən ilin oktyabr ayının 2-dən başlanmışdı.
Son xəbərlər
10:28
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 8 %-ə yaxın artıb
Biznes10:27
Dünya çempionu Ayxan Cavadov: "Bu nailiyyət asanlıqla əldə olunmadı"
Fərdi10:25
"CFİ Financial İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi cərimələnib
Maliyyə10:19
İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
Elm və təhsil10:05
Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB
Digər ölkələr10:04
Azərbaycanda bu ilin birinci yarısında avtoqəzalarda 285 nəfər ölüb
Hadisə10:02
Xorxe Dominqes "Atletiko"nun heyətində La Liqada çıxış edən ən gənc futbolçu olub
Futbol09:58
DSMF: 7 ayda 25 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin edilib
Maliyyə09:33