Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində (ADU) İctimai Televiziya ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşlığı çərçivəsində yazıçı, nasir, publisist Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib.
Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.
Öncə ADU-nun rektor əvəzi, professor Dünyamin Yunusov yazıçı haqqında qısa məlumat verib. Qeyd olunub ki, Çingiz Abdullayev 28 milyon nüsxədə 30 dilə tərcümə olunmuş 600-dan çox kitabın müəllifidir.
Çingiz Abdullayev gənc nəslin cəmiyyət üçün yararlı fərd kimi formalaşmasında mütaliənin böyük rolu olduğunu söyləyib və gənclərə qiraət etməyi tövsiyə edib.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.