Bakı. 17 mart. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (1/2017) sayı nəşr olunub.
Mərkəzdən "Report"a verilən məlumata görə, jurnalın bu sayının “Çağdaş Norveç ədəbiyyatı” rubrikasında – Yusteyn Qorderin “Portağal Qız” romanı, “Azərbaycan ədəbiyyatı” rubrikasında – Elçinin “Baş” romanının sonu, “Poeziya” rubrikasında – Cansuq Çarkvianinin şeirləri, “Macar ədəbiyyatı” rubrikasında -Peter Nadaşın “Mənim ölümüm” hekayəsi, “Türk dünyası” rubrikasında – Əli Ağbaşın şeirləri, “Roman” rubrikasında – Fransua Moriakın “Sevgi səhrası” romanı, “Debüt” rubrikasında – Şəbnəm Əsədovanın tərcüməsində İvan Klimanın “Miriyam” hekayəsi, “İntibah” rubrikasında – Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri, “Səhnə” rubrikasında – Yuri Polyakovun “Sinif yoldaşları” pyesi, “Tərcümə mətbəxi” rubrikasında – Vilayət Hacıyevlə müsahibə və onun tərcüməsində Haynrix Böllün “Kişisiz ev” romanından parça və “Teatr” rubrikasında – Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” yazıları yer alıb.