“Xəzər” dünya ədəbiyyatı dərgisinin redaktoru Zahid Sarıtorpağın 60 yaşı qeyd olunub

“Xəzər” dünya ədəbiyyatı dərgisinin redaktoru Zahid Sarıtorpağın 60 yaşı qeyd olunub Afaq Məsud yubilyarı ad günü və yeni nəşr olunan “Dərdin sarı çəpkəni” kitabı münasibəti ilə təbrik edib
Ədəbiyyat
11 May , 2017 20:24
“Xəzər” dünya ədəbiyyatı dərgisinin redaktoru Zahid Sarıtorpağın 60 yaşı qeyd olunub

Bakı. 10 may. REPORT.AZ/ Nazirlər Kabineti yanındaTərcümə Mərkəzində şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın 60 illik yubileyi qeyd olunub.

Mərkəzdən "Report"a verilən məlumata görə, mərkəzinin direktoru, yazıçı Afaq Məsud yubilyarı ad günü və yeni nəşr olunan “Dərdin sarı çəpkəni” kitabı münasibəti ilə təbrik edib, onun şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb: “Təbii ki, istedad hər kəsə verilmir, amma istedadla yanaşı, şəxsi keyfiyyətləri, nəcibliyi qoruyub saxlamaq da hər yaradıcı insana nəsib olmur. Zahid Sarıtorpağın ən böyük uğuru bu keyfiyyətlərin hamısını özündə cəmləməsidir”.

Mərkəzin əməkdaşları – tərcüməçi, filologiya elmləri namizədi, dosent Vilayət Hacıyev, şair Zakir Fəxri, yazıçı Saday Budaqlı, tərcüməçi İlqar Əlfi, şair Əlisəmid Kür, yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir Qarayev, dil mütəxəssisiBəhlul Seyfəddinoğlu, yazıçı, Nəriman Əbdürrəhmanlı, şairə Rəbiqə Nazimqızıvə başqaları yubilyara təbriklərini çatdırıblar.

Qeyd edək ki, Zahir Sarıtorpaq 1957-ci il mayın 10-da Şamaxıda anadan olub. 1988-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunu bitirib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin redaktorudur. “Üfürülmüş çırağın ruhu”, “Tək işığın haləsi” şeir və “Dərdin sarı çəpkəni” nəsr kitablarının müəllifidir.

Məşhur ingilis klassiki ConMiltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət” epopeyalarını, FransuaMoriakın, Artur Rembonun, YuriTrifonovun, MixailPrişvinin, SergeyMixalkovun, AqniyaBartonun əsərlərini, Aleksandr Soljenitsının “QULAQ arxipelağı” üçcildliyini Azərbaycan dilinə çevirib.

Son xəbərlər

Orphus sistemi