Bakı. 8 yanvar. REPORT.AZ/ Qalmaqallı "WikiLeaks" saytı jurnalist Mayk Volfun ABŞ Prezidenti Donald Tramp haqqında yazdığı kitabın mətnini dərc edib.
“Report” xəbər verir ki, "Od və qəzəb: Trampın Ağ evində" kitabı 22 fəsildən ibarətdir.
Onlar Trampın 2016-cı ildə keçirilmiş prezident seçkiləri öncəsi olan əlaqələrinə, eləcə də Amerika siyasətçiləri ilə əlaqələrinə həsr olunub.
Müəllif, xüsusilə yazır ki, Tramp tərəfindən vəzifələrə təyin olunmuş Ceyms Mettis, Herbert Makmaster və Con Kelli prezidentə qarşı kinlidirlər və sözün tam anlamında onu "axmaq" hesab edirlər.
Kitabda həmçinin onun qızları İvanka Tramp və Cared Kuşnerin siyasi rollarından, Donald Trampın Prezident Administrasiyası kuluarlarında müzakirə olunan digər həyat hekayələrindən danışılır.