Bakı. 20 avqust. REPORT.AZ/ İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində XIII Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib.
"Report"un İRİB-ə istinadən verdiyi xəbərə, festivalda yerli şairlərdən başqa, 5 Azərbaycan və 3 İraq şairi iştirak edib. Festivala 342 əsər təqdim olunub, onlarda 320-si yerli, qalan hissəsi isə xarici şairlərin əsərləri olub.
Tədbirdə çıxış edən İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi höccətülislam Məhəmmədbağır Kərimi bildirib ki, bu il festivalda təqdim olunan əsərlərin sayı ötən illə müqayisədə 15-26% çoxdur.
Festivalın sonunda ən gözəl 3 yerli və 8 xarici əsər müəlliflərinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, festival İmam Rza Beynəlxalq Fondu tərəfindən təşkil olunur.