Bakı 6 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “Türkologiya” beynəlxalq elmi jurnalının bu il üçüncü sayı işıq üzü görüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, akademik Kamal Abdulllanın baş redaktorluğu ilə nəşr olunan jurnalda türk dünyasının dəyərli müəliflərinin sanballı araşdırmaları və elmi tədqiqatları yer alıb.
“Türkologiya”nın 3-cü sayı görkəmli macar türkoloqu Georq Xazainin “”Tük dilinin tarixi qramatikasının hazırlanmasında yeni metodlar məqaləsi ilə açılır.
Ukrayna türkoloqu Nariye Seydametova “Krım türkçəsi və türkçənin müqayisəli cəhətdən öyrənilməsi problemləri”ni araşdırıb.
Azərbaycanlı araşdırmaçı Telman İsmayılov “Çələbi” xalçası, onun mənşəyi və simvolikası” haqqında düşüncələrini jurnalın bu sayında Mehman Musaoğlu və Fatih Kirişçioğlu tərəgindən “Göktürk mətninin kavramsal , semiotik ve sintaktik quruluşunun müqayisəli təhlili təcrübəsindən” söz açıb.
Dərginin “Resenziyalar” rubrikasında Əli Erol, Daşqın Öşgörən, İbrahim Dilək kimi müəlliflərin düşüncələri öz əksini tapıb.