Türkiyədə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb.
"Report"un Türkiyə bürosunun xəbərinə görə, xatirə pulunun ön tərəfində İmadəddin Nəsiminin şəkli, “İmadeddin Nesiminin Doğumunun 650. Yılı” yazısı, arxasında isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.
Sikkə Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə Türkiyə zərbxanası tərəfindən buraxılıb.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim "Report"a açıqlamasında bildirib ki, Prezident
Səfir bu addımın qardaş Türkiyənin Azərbaycanın böyük şəxsiyyətlərinə, milli mənəvi mirasına verdiyi dəyərin bariz sübutu, göstəricisi olduğunu deyib.
Vüsalə Abbasova