Türk dünyasının uyğur əsilli tanınmış alimi vəfat edib

Türk dünyasının uyğur əsilli tanınmış alimi vəfat edib Mirsultan Osman bütün ömrünü türk dilli xalqların tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasına həsr edib
Ədəbiyyat
2 Dekabr , 2017 15:06
Türk dünyasının uyğur əsilli tanınmış alimi vəfat edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Uyğur dilçi alimi, professor Mirsultan Osman 88 yaşında vəfat edib.

“Report” xəbər verir ki, o, dekabrın 1-də Çinin Sintszyan-Uyğur Muxtar Əyalətinin paytaxtı Urumçi şəhərində düynasını dəyişib.  

Qeyd edək ki, M.Osman 1929-cu il iyulun 31-də Qazaxıstanın Yarkənd şəhərinin Akkəndə qəsəbəsində anadan olub. 

Alim bütün ömrünü türk dilli xalqların tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasına həsr edib. Türk dilinin çığatay ləhcəsində olan qədim əlyazmaların oxunması üzrə ən məşhur mütəxəssislərdən olub. Ötən müddət ərzində böyük bir nəslin bu istiqamətdə yetişməsində başlıca rol oynayıb. O, Mahmud Qaşqari, Yusuf Xas Xacib, Əhməd Yuqnaki, Xirqəti, Zaleli, Novbati, Arşi və türk dünyasının başqa fikir adamlarının təbliği, irsinin araşdrıması ilə məşğul olub.

M.Osman təkcə uyğur xalqının deyil, dünya türklərinin elm və təhsilinin inkişafına töhvə verib. 

Son xəbərlər

Orphus sistemi