Timsah Gena, Çeburaşka və poçtalyon Peçkin personajlarının müəllifi vəfat edib

Timsah Gena, Çeburaşka və poçtalyon Peçkin personajlarının müəllifi vəfat edib Bakı. 15 avqust. REPORT.AZ/ Sovet və Rusiya yazıçısı, ssenariçisi, Timsah Gena və Prostokvaşinoda tətil kimi uşaq kitablarının müəllifi olan Eduard Uspenski 81 yaşında vəfat edib.
Ədəbiyyat
15 Avqust , 2018 01:58
Timsah Gena, Çeburaşka və poçtalyon Peçkin personajlarının müəllifi vəfat edib

Bakı. 15 avqust. REPORT.AZ/ Sovet və Rusiya yazıçısı, ssenariçisi, "Timsah Gena" və "Prostokvaşinoda tətil" kimi uşaq kitablarının müəllifi olan Eduard Uspenski 81 yaşında vəfat edib.

“Report” xəbər verir ki, Uspenski avqustun 14-ü axşam Yeni Moskvadakı evində keçinib.

Yazıçı son illərdə ağır xəstəlikdən əziyyət çəkirdi. Avqustun əvvəlində Almaniyada müalicədən sonra ölkəsinə qayıdıb. Dramaturq avqustun 9-da evdə özünü pis hiss edərək huşunu itirib.

Uspenski uşaqlara Timsah Gena və Çeburaşka, pişik Matroskin, Fyodor dayı, poçtalyon Peçkin, köpək Şarik və s kimi personajlar bəxş edib. Həmçinin o, "Spokoynoy noçi, malışi!" ("Gecəniz xeyirə qalsın, körpələr") verilişinin yaradıcılarından biri olub.

Son xəbərlər

Orphus sistemi