​Tərcümə Mərkəzi abunə şərtlərini açıqlayıb

​Tərcümə Mərkəzi abunə şərtlərini açıqlayıb Hər bir oxucu Tərcümə Mərkəzi ilə telefon və elektron poçt vasitəsilə əlaqə yarada bilər
Ədəbiyyat
12 Oktyabr , 2015 20:29
​Tərcümə Mərkəzi abunə şərtlərini açıqlayıb

Bakı. 12 oktyabr. REPORT.AZ/Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (AzTM) özü tərəfindən nəşr olunmuş və nəşr olunacaq dünya ədəbiyyatı nümunələrinin, ensiklopediya və antologiyaların abunəsinə start verir.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilib ki, abunə yazılmaq istəyən hər bir oxucu Tərcümə Mərkəzi ilə telefon və elektron poçt vasitəsilə əlaqə yarada bilər.

Mərkəzin əlavə abunə mərkəzləri açıldıqda onların ünvanları haqqında məlumat mərkəzin aztc.gov.az ünvanı və mətbuat vasitəsilə oxuculara çatdırılacaq.

Hər bir abunəçi kitablara abunə yazılmaq üçün “Abunə vərəqi”ni düzgün doldurmalı və 15 manatdan az olmamaq şərtilə depozit ödəməlidir. Ödənilmiş depozit ümumi məbləğə daxildir.

Kitablar çap olunduqca abunə agenti və ya digər məsul işçilər bu barədə abunəçiyə telefon, yaxud məktub vasitəsilə xəbər verəcək.

Kitablar abunəçiyə üç yolla təqdim oluna bilər: onlardan ikisi - poçt və ya kuryerlə çatdırılma haqları müqaviləyə daxil deyil və kitablar gətirilən vaxt ödənilir.

Kitabları Mərkəzə müraciət edib alarkən isə əlavə haqq ödənilmir.

“Abunə vərəqi”nə imza atmaqla abunəni qeydə alan Mərkəz kitablar çapdan çıxdıqca bu barədə abunəçiyə vaxtında xəbər verməyi, abunəçi isə həmin kitabları almağı öhdəsinə götürür.

Kitablar nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətdə tərtib edilir.

Nəşrlərin əksəriyyəti Azərbaycan dilində ilk dəfə çap olunur;

Kitablara abunə yazılan oxuculara 20% endirim ediləcək.

Çatdırılma haqqı - 7 kitabdan artıq pulsuzdur. Az olarsa, 2 AZN ödənilir.

Hər gətirilən yeni abunəçiyə görə müştəriyə “Xəzər” jurnalının növbəti sayı hədiyyə olunacaq.

Son xəbərlər

Orphus sistemi