Qabriel Markesin həyatından bəhs edən serial çəkilib

Qabriel Markesin həyatından bəhs edən serial çəkilib Kino-lent 39 seriyadan ibarət olacaq
Ədəbiyyat
3 Mart , 2017 16:45
Qabriel Markesin həyatından bəhs edən serial çəkilib

Bakı. 3 mart. REPORT.AZ/ Kolumbiyalı məşhur yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiua Markesin həyatından bəhs edən teleserialın ilk epizodlarının təqdimatı keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kolumbiya KİV-i yazıb. 

İnformasiyaya əsasən, serialın rejissoru Serxio Kabrera, prodüseri Uqo Leon Ferrerdir. Müəlliflər filmin çəkilişinə 2015-ci ildən başlayıblar. 39 seriyalıq kinolentin hər biri 45 dəqiqə sürəcək.

Qeyd edək ki, yazıçı, jurnalist, siyasi xadim Qabriel Xose de la Konkordiya "Qabo" Qarsiya Markes 1927-ci il martın 6-da Kolumbiyanın Arakataka bölgəsində anadan olub. O, 2014-cü il aprelin 17-də Meksikanın Mexiko şəhərində vəfat edib. Markes 1982–ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

O, “Üçüncü sadəlik”, “Polkovnikə heç kim yazmır”, “Düşmüş yarpaq”, “Arzuolunmaz saat”, “100 ilin tənhalığı”, “Sadəqəlbli Erendiranın inanılmaz, kədərli tarixi və onun qəlbsiz nənəsi”, “Patriarx payızı”, “Bir ölümün əvvəlcədən məlumu”, “Öz labirintində olan general”, “İyirmi səyyahın nağılı” “Sevgi və başqa şeytanlar”, “Qaçırılma haqqında məlumat” və s. əsərlərin müəllifidir. 

Son xəbərlər

Orphus sistemi