Bakı. 13 oktyabr. REPORT.AZ/ "Ölkələrimiz arasında rəsmi münasibətlərlə yanaşı, xalqlarımız arasında əlaqələr əsrlər boyu davam edib. Bolqarıstanda Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi dahi şairlərin yaradıcılıq fəaliyyəti və bütövlükdə Azərbaycan mədəniyyətinin nailiyyətləri ilə tanışdırlar".
“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
"Məmnuniyyətlə qeyd edirik ki, son illər ərzində ikitərəfli münasibətlərimizin mədəniyyət, təhsil və elm sahələrində inkişafı, eləcə də mədəni-tarixi irsin qorunması istiqamətində ciddi addımlar atılıb
Mədəni və mənəvi sahələrdə layihələrin mühüm sosial elementi mövcuddur və bu layihələr xalqlarımız arasında yaxınlaşmaya xidmət edir. Bu baxımdan, icazə verin, Veliko Tırnovo şəhərinin yaxınlığında Trapezitsa qalasının ictimaiyyətə açıq elan olunması, bərpası və konservasiyası layihəsinin həyata keçirilməsində göstərilmiş maliyyə dəstəyinə görə Heydər Əliyev Fondu qismində Azərbaycan tərəfinə, xüsusən də bu cür nəcib missiyanın reallaşmasında şəxsi xidmətlərinə görə Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirim", - deyə o bildirib.