Bakı. 28 mart. REPORT.AZ/ Amerikalı musiqiçi və şair Bob Dilan bu il iyunun 10-dək Nobel mühazirəsi ilə çıxış etməsə, 8 milyon İsveç kronu (təqribən 870 min dollar) məbləğində pul mükafatını ala bilməyəcək.
Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən məlumat verir.
Bu həftə sonu B.Dilan konsert vermək üşün İsveçə gedəcək. Lakin o, hələ də İsveç Akademiyası ilə əlaqə yaratmayıb və Ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün bu imkandan istifadə edib-etməyəcəyini xəbər verməyib.
Qaydalara əsasən, qalib dekabrın 10-da baş tutan mükafatlandırma mərasimindən sonrakı 6 ay ərzində mühazirə oxumalıdır. Mühazirənin İsveçdə oxunması mütləq deyil.
Akademiyanın daimi katibi Sara Daniusun sözlərinə görə, B.Dilan pul mükafatını qazanmaq üçün iyunun 10-dək mühazirə ilə çıxış etməli olduğundan xəbərdardır.