Nizami Gəncəvinin "Xəmsə"si özbək dilinə tərcümə olunacaq
Ədəbiyyat
- 01 dekabr, 2015
- 14:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, müqavilə mərkəzin direktoru Samir Abbasovla Özbəkistanın xalq şairi Camal Kamal arasında imzalanıb.
Müqaviləyə əsasən, C.Kamalın rəhbərliyilə xüsusi Redaksiya Şurası yaradılacaq.
İlkin olaraq 2016-cı ilin aprel ayında "Sirlər Xəzinəsi" əsərinin tamamlanması nəzərdə tutulub. C.Kamalın verdiyi məlumata görə, bütövlükdə Nizaminin 5 əsərinin tərcüməsi 2017-ci ilin iyul ayında tamamlanacaq.
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media