“Nakşı-cihan-Nahçıvan” bədii tərcümə kitabının təqdimatı olub
“Nakşı-cihan-Nahçıvan” bədii tərcümə kitabının təqdimatı olubAkademik: "Kitabda toplanan və Türkiyə türkçəsinə tərcümə edilən şeir nümunələri Naxçıvanla birbaşa bağlıdır"
Bakı. 28 iyul. REPORT.AZ/ AMEA Naxçıvan Bölməsində bölmənin elmi işçisi Elxan Yurdoğlu - Məmmədovun “Nakşı-cihan-Nahçıvan” bədii tərcümə kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev kitabda toplanan və Türkiyə türkçəsinə tərcümə edilən şeir nümunələrinin Naxçıvanla birbaşa bağlı olduğunu bildirib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Nakşı-cihan-Nahçıvan” kitabında Naxçıvan tarixinin, mədəniyyətinin Türk dünyasına inteqrasiyası” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, “Nakşı-cihan-Nahçıvan” kitabı Elxan Yurdoğlunun tərcümə sahəsindəki ilk işi deyil. Naxçıvanda gedən quruculuğun və təkamülün gələcək nəsillərə çatdırılması baxımından kitabda yer alan əsərlərin Türkiyə türkçəsinə tərcüməsi əhəmiyyətlidir.