Bakı. 3 oktyabr. REPORT.AZ/ İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan-İspaniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yolları müzakirə olunub.
Görüşdə Tərcümə Mərkəzinin əlaqələrin inkişafı yönündə həyata keçirdiyi beynəlxalq layihələrdən, müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş Kamilo Xose Sela, Federiko Qarsiya Lorka, Eduardo Mendosa, Migel Delibes, Alvaro Kunkeyro, Antonio Maçado, Хuan Ramon Хimenes və digər bu kimi tanınmış ispan ədiblərinin əsərlərindən söz açılıb, artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın İspaniyada nəşrinə dair məsələlər müzakirə olunub.