​Moskvada "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası kitabının təqdimat mərasimi keçirilib

​Moskvada "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası kitabının təqdimat mərasimi keçirilib Afaq Məsud: "İlk dəfədir Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim olunur"
Ədəbiyyat
24 Dekabr , 2015 20:45
​Moskvada Müasir Azərbaycan ədəbiyyatı antologiyası kitabının təqdimat mərasimi keçirilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Moskvanın "Xarici ölkələr ədəbiyyatı" kitabxanasında "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən məlumat verilib.

Tədbirdə Moskva Yazıçılar Birliyi, "Poetik Moskva" jurnalı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyəti Mərkəzinin nümayəndələri ilə yanaşı, tanınmış rus şair və yazıçıları, elm və sənət adamları da iştirak ediblər.

Mərkəzin direktoru Afaq Məsud bildirib ki, təqdim olunan bu ikicildlik, bizim milli ədəbiyyatımız tarixində ilk hadisədir: "İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim olunur. Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimiz zaman-zaman Rusiyada, eləcə də digər ölkələrdə nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik formatda təqdim olunmayıb. Təəssüflə bildirməliyəm ki, bəlkə də bunun nəticəsidir ki, bu gün dünya ədəbi müstəvisində Azərbaycan ədəbiyyatı haqqında real təsəvvür yoxdur, dünya kitabxanalarında bu ədəbiyyatı təmsil edən kitablara rast gəlinmir. Artıq bir neçə dilə tərcümə olunan bu kitabın yaranma məqsədi də məhz budur: Azərbaycanın zəngin ədəbiyyatını, layiq olduğu səviyyədə dünyaya tanıtmaq. Üzümüzə gələn il antologiyanın, ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir. Hazırda kitab ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə edilir".

Nəşrin ictimai əhəmiyyəti və ədəbi dəyəri barədə filologiya elmləri doktoru Anastasiya Qaçeva, "Poetik Moskva" jurnalının baş redaktoru Natalya Rodionova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icracı direktoru İlqar Hacıyev, Konqresin müşaviri Manaf Manafov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək ikicildlikdə yer alan əsərlər barədə fikirlərini bölüşüblər.

Tədbirdə Afaq Məsuda, bu il may ayının 13-də həqiqi üzvü seçildiyi Pyotr Akademiyasının Diplomu və mantiyası təqdim olunub.

Son xəbərlər

Orphus sistemi