Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün "Molla Nəsrəddin" jurnalının ilk nəşrindən 109 il ötür. Mirzə Cəlilin ev muzeyinin direktoru Pərixanım Mahmudova "Report"a bildirib ki, bu münasibətlə Cəlil Məmmədquluzadənin ev muzeyində açıq qapı günü keçiriləcək. O qeyd edib ki, ev muzeyində mütəmadi olaraq tədbirlər, əlamətdar günlər münasibətilə ədəbi-bədii gecələr keçirilir: "Molla Nəsrəddin" jurnalının yaranma günündə Bakı şəhərində fəaliyyət göstərən 189, 190,150, və Zirə qəsəbəsindəki 134 saylı orta məktəbin şagirdləri muzeyə gələcək. Şagirdlərimiz üçün Cəlil Məmmədquluzadə və ""Molla Nəsrəddin"çilər haqqında məlumat veriləcək, onlar ekspozisiya zalımızla tanış olacaqlar. Açıq qapı gün ərzində davam edəcək. "Molla Nəsrəddin"jurnalı və Mirzə Cəlillə maraqlananlar hər il olduğu kimi bu il də muzeyə təşrif buyura bilərlər".
Qeyd edək ki, 1906-cı il aprelin 7-də "Molla Nəsrəddin" jurnalının ilk sayı Tiflisdə işıq üzü görüb. "Molla Nəsrəddin" jurnalı Azərbaycan dilində nəşr edilən satirik, populyar jurnal kimi ilk sayından sevilib.
"Molla Nəsrəddin"in 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. "Molla Nəsrəddin" jurnalının 25 il ərzində 748 nömrəsi çapdan çıxıb.
25 il ərzində "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəs