Misirli alim Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib

Misirli alim Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib Fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar təqdim edib
Ədəbiyyat
7 İyul , 2017 16:19
Misirli alim Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib

Bakı. 7 iyul. REPORT.AZ/ Misirli alim, Ayn Şəms Universitetinin dosenti, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Misirin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, ona fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar təqdim edib.

Yazıçısı Anar Misir və Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərinin apardığı işləri yüksək qiymətləndirib və uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetində “Çağdaş Azərbaycan romanlarında mövzu, janr və üslub məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edəb Ə.S.Elaydi azərbaycanşünas alim kimi bir çox tədqiqatlara imza atıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında xeyli sayda araşdırmaların müəllifi olan tədqiqatçının əsərləri müxtəlif ərəb ölkələrinin nüfuzlu dərgilərində dərc edilib.

O, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimidir.

Son xəbərlər

Orphus sistemi