Misir Mədəniyyət Mərkəzinin müdiri Folklor İnstitutunda olub

Misir Mədəniyyət Mərkəzinin müdiri Folklor İnstitutunda olub Görüşdə iki ölkənin folklor nümunələrinin hər iki dilə tərcümə edilməsi məsələsi müzakirə edilib
Ədəbiyyat
5 Fevral , 2015 16:09
Misir Mədəniyyət Mərkəzinin müdiri Folklor İnstitutunda olub

Bakı. 5 fevral. REPORT.AZ/ Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi AMEA Folklor İnstitutunda olub.

Mərkəzdən "Report"a verilən xəbərə görə, İnstitutun direktoru Muxtar İmanov qonağa Folklor İnstitutunun yaranma tarixindən, Azərbaycan folklorundan, xalqın zəngin mənəvi dünyasının öyrənilməsinin mədəniyyət quruculuğu siyasətinin tərkib hissəsi kimi daim diqqət mərkəzində olmasından söhbət açıb. Daha sonra Ə.S.Elaydi Mərkəzin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib.

AMEA Folklor İnstitutunun direktoru və Misir Mədəniyyət Mərkəzinin müdiri Misir Milli Kitabxanası və Arxiv İdarəsində Azərbaycan folkloruna aid əlyazmaların və dastanların araşdırılması, həmçinin xalq ədəbiyyatının ərəb dilinə, Misir xalq ədəbiyyatı nümunələrinin isə Azərbaycan dilinə tərcümə olunması təkliflərini müzakirə edib və bunun xalqlar arasında ədəbiyyat sahəsində yaxınlaşma üçün vacib bir amil olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi