"Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirilib

"Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirilib Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar Mikayıl Müşfiqin poetik dili mövzusunda elmi sessiya keçirib.
Ədəbiyyat
23 Noyabr , 2018 15:41
Mikayıl Müşfiqin poetik dili mövzusunda elmi sessiya keçirilib
Report / Möhsün Nağısoylu
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar "Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirib.

"Report" xəbər verir ki, tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu, institutun alimləri, akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi, ictimaiyyət nümayəndələri, məktəblilər və başqaları iştirak edib.

Tədbirdə Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva, Nəsimi adına Dilçilik İnstitutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda məktəblilər Mikayıl Müşfiqin məşhur şeirlərini səsləndiriblər. 

Son xəbərlər

Orphus sistemi